“Müəyyən edilmiş oyunçular – Türkiyə və İran danışıqlara qoşulmasa, yaranmış münaqişəni həll etmək mümkün olmayacaq”.
“Reuters” xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Qətərlə bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.
Merkel Körfəz ölkələrinin əməkdaşlığına ümid etdiyini və bunu vacib saydığını bildirib.
Kansler Qətərin təcrid vəziyyətində qalmasına imkan verməməyə də çağırıb:
“Berlin bu məsələdə vasitəçi olmayacaq. Lakin öz maraqlarını nəzərə alaraq prosesin gedişini izləyəcək. Türkiyə və İran danışıqlarda iştirak etməlidir. Siyasi həll yalnız dialoqdan keçir və biz bunda israr edirik”.
Gültəkin
Oxunub: 708