Donald Tramp ABŞ-ın Şimali Atlantika Müqaviləsinin 5-c bəndinə sadiq olduğunu ilk dəfə bəyan edib.
Müqavilənin bu bəndi bir NATO dövlətinə hücumun alyansın bütün üzvlərinə hücum kimi qəbul edilməsini nəzərdə tutur.
“Mən Birləşmiş Ştatların Vaşinqton sazişinin 5-ci bəndinə sadiqliyini təsdiqləyirəm. Şübhəsiz ki, biz NATO-da müdafiə etmək üçün yer almışıq”, – deyə Tramp bildirib.
O həmçinin əlavə edib ki, NATO-nun qüdrətli olması həm də maliyyədən asılıdır və səmərəli nəticə üçün bütün üzvlər kollektiv müdafiəyə ədalətli şəkildə vəsait ayırmalıdılar.
Gültəkin
Oxunub: 716