Avropa Birliyi (AB) şengen vizasına dəyişiklik edəcək. Bu barədə qərar Avropa Birliyi Şurasının bugünkü iclasında qəbul olunub.
Qərara əsasən, qısamüddətli şengen vizalarının vahid formasına dair 95-ci il reqlamentinin yeni variantı qəbul olunacaq.
Dəyişikliyə səbəb vizadakı yapışqanın saxtasının aşkarlanması, bununla bağlı yaşanan insident və dələduzluq hallarıdır.
Yeni reqlament iyulun əvvəlində Avropa Birliyi Şurası və Avropa Parlamenti tərəfindən imzalanacaq. Bundan sonra vizanın yeni forması Avropa Birliyinin jurnalında dərc olunacaq.
Gültəkin
Oxunub: 602