Ərəb dövlətləri arasındakı gərginlik davam etdiyi vaxtda ABŞ Qətəri müdafiəyə başlayır.
ABŞ Dövlət Departamentinin sözcüsü Heather Nauert gündәlik keçirilәn mәtbuat konfransında Qәtәrә qarşı sanksiyalarla bağlı dәyәrlәndirmә edib. Qәtәrә sanksiyanın 5 iyunda tәtbiq edildiyini xatırladan Nauert diqqəti ona çəkib ki, Sәudiyyә vә Birlәşmiş Әrәb Әmirliklәri öz iddialarının detallarını hәlә dә ictimaiyyәtә açıqlamayıblar. Dövlət Departamentinin sözçüsü buna tәәccüblәndiklәrini bildirib.
Nauert bu vəziyyətdən ABŞ-ın narahat olduğunu, zaman uzandıqca Sәudiyyә vә BӘӘ-yә qarşı şübhәlәrin artdığını bildirib. “Sadә bir sualla qarşı qarşıyayıq. Bu sanksiyalar hәqiqәtәn dә Qәtәrin terrorizmә dәstәyinә görә idi, yoxsa körfәz ölkәlәri arasında xeyli müddәtdir olan problemlәrlә görә?”, – deyə Dövlət Departamentinin sözçüsü qeyd edib.
Aqil
Oxunub: 122