Gürcüstan oliqarxı Bidcina İvanişvili “İşemik şok” diaqnozu ilə Almaniyada, Münhen ətrafında yerləşən klinikalardan birində müalicə alır. Bu barədə “Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze Feysbuk sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İvanişvili yaxın aylarda tamamilə izolyasiya olunacaq.
“Bidcina İvanişvili Almaniyadadır. Münhen ətrafında, klinikada. Diaqnozu – işemik şok. İstənilən emosiya – müsbət ya mənfi, geniş insulta səbəb ola bilər. Yaxın aylarda o, izolyasiya olunacaq. Siyasətdən o silindi!!!”, – Eliso Kiladze yazır.
Yada salaq ki, son günlər Bicnina İvanişvilinin ağır xəstə olduğuna dair söz-söhbət yayılmışdı. Bu barədə “Rustavi 2” telekompaniyasının baş direktoru Nika Qvaramiya öz mənbələrinə istinadən bildirmişdi. Cavabında Bidcina İvanişvilinin təmsilçiləri Qvaramiyanın “milli” keçmişini yada salaraq sərt bəyanatlar vermiş, ünvanına təhqirlər ünvanlamışdı. Lakin onların heç biri İvanişvilinin xəstə olub olmadığı ilə bağlı suala birbaşa cavab vermədi. Təkcə onun oğlu Bera İvanişvili Feysbukda bildirdi ki, onun atası sağ və salamatdır və hər gün məşq edir. Ancaq bir neçə gün keçməsinə baxmayaraq, İvanişvili özünə heç olmadığını nümayiş etdirmək üçün hələ də ictimaiyyət önünə çıxmayıb, bu da onun sağlamlığında ciddi problemlərin olduğuna dair şübhələri şiddətləndirib.
İlkin
Oxunub: 772