İyunun 19-da şəhərin mərkəzində siyasi məhbuslara azadlıq tələbi ilə təkadamlıq aksiya keçirən və polis tərəfindən saxlanılaraq bir sutka sonra inzibati qaydada 200 manat cərimələnərək sərbəst buraxılan AXCP fəalı ictimaiyyətə təşəkkür edib. Füzuli Hüseynov feysbuk səhifəsində yazır:
“Dostlar, sizlərin möhtəşəm həmrəyliyi və dəstəyi nəticəsində artıq bir-neçə saat olar azadlıqdayam.
Evimdə, ailəmlə bir yerdəyəm. Bu, sizin, vətəndaş, insanlıq mövqeyində möhkəm duranların, həm də həmin kiçik aksiyanı ictimayiləşdirməyi özlərinə məslək borcu bilmiş yerli və xarici medianın əməyinin və nəhayət, dürüst, öz peşə etikalarına sadiq qalan vəkillərimizin əməklərinin nəticəsidir. Hər birinizə öz dərin minnətdarlığımı bildirirəm”.
Oxunub: 344