Dünya bazarlarında nefti 2%-ə yaxın ucuzlaşıb.
Bakı vaxtı ilə saat 15:30-a olan mıəlumata görə, Brent nefti 45,93 dolları görüb.
ABŞ xam nefti isə 43,49 dollara düşüb.
Neftin ucuzlaşmasına səbəb Liviyada hasilatın artması və tankerlərdə yığılan neft ehtiyatlarının 2017-ci ilin maksimal həddinə çatmasıdır.
Belə ki, Almaniyanın ən böyük neft-qaz şirkəti olan “Wintershall AG”-nin Liviyada ən azı iki neft sahəsində yenidən hasilata başladığı barədə xəbərlər yayılıb.
Bununla yanaşı, Fransanın “Kpler SAS” neft ehtiyatlarında hərəkətləri təqib edən şirkətinin yaydığı məlumata görə, tankerlərdə toplanan neft ehtiyatları 111,9 mln. barelə çatıb.
Yayılan xəbərlər neft bazarında tarazlıq vəziyyətinin bərpa olunmasının çox çətin olduğunu göstərib və “Brent” markalı neft ucuzlaşmağa başlayıb. Dünənlə müqayisədə bu markadan olan neft hazırda 2,1% aşağı qiymətə satılır.
Oxunub: 250