Times qəzeti Türkiyənin Qətərə dəstəyinin NATO-nu axmaq bir regional müharibəyə sürüklədiyini yazıb.
Məqalədə Qətərin Riyad rəhbərliyinin tələblərini rədd etdiyi, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin isə bu ölkəyə istiqamətli ittihamlarının sətləşdiyi, bunun isə təhlükəli və tamamilə gərəksiz bir hesablaşma üçün səhnə ola biləcəyi qeyd olunur.
Qəzet daha sonra yazır:
“Türkiyənin müdaxiləsi işi ciddiləşdirir. Türklər indi də Qətərə xarici müdaxilədən qorunmaq üçün hərbi dəstək təklif edir və bu səbəbdən regional silahlı qarşıdurma qayğıları artır. Ərdoğan bununla İslamçı toqquşmalara verdiyi dəstəkdən vaz keçmədiyini göstərir”,- deyə qəzet yazır.
Məqalədə rəsmi Ankaranın qadağan olunmuş “Müsəlman Qardaşları”na verdiyi dəstəyə də toxunulur və bu səbəbdən Misir-Türkiyə münasibətlərinin gərginləşməkdə davam edəcəyi qeyd olunur. Yazıda Ankaranın Səudiyyə Ərəbistanı ilə Suriya mövzusundakı fikir ayrılığını dərinləşdirib, İranla yaxınlaşmaqdan çəkinmədiyi də regional gərginliyi artıran amil kimi önə çəkilir.
Yazıda Ərdoğanın əsas məqsədinin bölgədə dini toqquşmaları dəstəkləmək, Suriyalı kürdlərin məğlub edilməsini təmin etmək və Osmanlı hegemonluğunu mərhələ-mərhələ bərpa etmək olduğu bildirilir: “Bütün bunlar Qərbin məqsədləri deyil. Və Türkiyə NATO üzvü olduğundan, hər hansı hərbi toqquşma ittifaqı da döyüşə qoşa bilər. Orta Şərqin başqa böyük yanğına ehtiyacı yoxdur”.
azadliq.info
Oxunub: 1022