Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib.
Xalq artisti iyunun 26-da 67 yaşında dünyasını dəyişib.
Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.
Azadliq.info
Oxunub: 580