2014-cü ilin 22 dekabrında 14 saylı Cəzaçəkmə Müəssisəsində işgəncə yolu ilə öldürüldüyü bildirilən məhkum Elşad Babayevin ölüm faktının keyfiyyətli və lazımi qaydada aparılmaması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi kommunikasiya başlayıb. Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 3 (işgəncəyə məruz qalmamaq hüququ) və 13 (səmərəli araşdırma aparılması) maddələrinin pozuntusunun baş verib verməməsi ilə bağlı Azərbaycan hökümətinə suallar ünvanlayıb. Bu barədə vəkil Fariz Namazlı facebook səhifəsində məlumat yayıb.
2014-cü ildə Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə (Vəzifə səlahiyyətlərini aşma – bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) cinayət işi açılıb. İstintaq Babayevin ailəsini qane etmədiindən Avropa Məhkəməsinə şikayət edib.
Penitensiar Xidmət Elşad Babayevin işgəncə nəticəsində ölməsi barədə xəbərləri təkzib edib.
Elşad Babayevin bacısı Sumuzər Babayeva isə qardaşının bədənində çoxsaylı qançıqların, baş nahiyyəsində çapıq olan nəşinin şəklini media vasitəsi ilə yayıb. O qardaşıının nəşinin fotolarını məhkəmə tibb ekspertizasıının binasında çəkdiyini bildirib.
Babayeva həmçinin deyib ki, məhkəmə tibb eksperizası Elşad Babayevin ürək tutmasından öldüyü barədə rəy verib.
Simuzər Babayeva bildirib ki, qardaşının qatıllərinin cəzalandırılmasına nail olmaq üçün sona qədər mübarizə aparacaq.
“Qardaşımı öıldürüblər. Özü də işgəncə verib öldürüblər. Bunu danmaq olmaz. Fotolardan görünür ki, qardaşım amansız işgəncələrə məruz qalıb. Onun ürək tutmasından ölməsini demək bu cinayəti ört-basdır etməyə cəhddir. Lakin mən sona qədər mübarizə aparacam ki, bu cinayəti törədənlər cəzalandırılsın”
Vəkil Fariz Namazlıını yazdığına görə, Avropa Məhkəməsinin Azərbaycan hökumətinə göndərdiyi suallarda: məhkumun həyatına Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş müdaxilənin baş verib vermədiyi, onun həbsxana əməkdaşları tərəfindən öldürülməsi, onun 13 dekabr 2014-cü il günü və sonrakı günlər həbsxana əməkdaşları tərəfindən zorakılığa məruz qalması, yerli qurumlar tərəfindən araşdırmanın 2-ci maddəyə uyğun aparılması, məhkumun həbsxana əməkdaşları tərəfindən Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş işgəncələrə məruz qalması, araşdırmanın effektiv aparılması, ərizəçinin (Məhkumun bacısı) Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş səmərəli müdafiə vasitələrinə malik olub-olmaması soruşulur.
Ərizəçinin hüquqlarını Xalid Bağırov, S. Rəhimli, R. Əliyev və R. Remezaite qoruyur.
Oxunub: 342