Gürcüstanın ombudsmanı Uça Nanuaşvili hesab edir ki, jurnalist Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana mümkün oğurlanma halı ilə bağlı işi DİN yox, prokurorluq araşdırmalıdır.
Onun sözlərinə görə, iş üzrə suallar çoxdur. O, müdafiə tərəfinin cinayətdə iştirakçı hesab etdiyi DİN-in bu işi araşdırmasını “ciddi problem” adlandırıb.
“Daxili İşlər Nazirliyinin əməkdaşlarının bu işdə iştirakına dair bəyanatlar mövcuddur, buna görə də istintaqı nisbətən daha müstəqil qurumun aparması zəruridir, indiki halda bu, prokurorluqdur”, – deyə ombudsman bildirib.
O, həmçinin vurğulayıb ki, ombudsman aparatı iş üzrə istintaqı diqqətlə izləyir.
İlkin
Oxunub: 472