30 il əvvəl ABŞ və SSRİ arasında olan belə yarış sovetlərin çökməsi ilə nəticələndi
Konqresmenlər qrupu ABŞ-ın orta və uzun mənzilli raketlərin aradan qaldırılması barədə müqavilədən çıxmasını təklif edib. Təşəbbüsün müəllifləri Rusiyanı müqavilənin şərtlərini pozmaqda ittiham edir və ABŞ tərəfdən müqaviləyə riayət edilməsini səmərəsiz hesab edir.
“Bizdən başqa yalnız bir iştirakçısı qalmış razılaşmaya riayət edilməsi məsuliyyətsizlik olar”, – müvafiq qanun layihəsini hazırlamış nüvə silahları üzrə komitənin sədri Mayk Rocers bildirib.
Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin deyib ki, Rusiya silahlanma yarışının tərəfdarı deyil, amma ABŞ-ın razılaşmadan çıxması buna gətirib çıxara bilər.
“Əlbəttə, biz silahlanma yarışının tərəfdarı deyilik, amma bu addım bizi məcbur edə bilər”, – o deyib. Şvitkin qeyd edib ki, Rusiya “bu məsələdə seyrçi qalmayacaq, müvafiq tədbirlər görüləcək”.
Oxunub: 384