Səudiyyə Ərəbistanının yeni vəliəhdi, 31 yaşlı Məhəmməd bin Salman Əl Səud ölkəsinin Yəmənə qarşı apardığı müharibədə əsas fiqur hesab olunur. Vəliəhd Rusiyaya münasibətini dilə gətirib. O, Rusiya prezidenti Vladimir Putini və Rusiya Səudiyyə Ərəbistanı üçün əsas təhlükə adlandırıb: “Düşünürəm ki, Suriyada məhv edilməki olan çoxlu terror təşkilatları var. Ancaq ruslar terrorçuluğu Yaxın Şərqdə yaymağa cəhd edirlər. Bunu anlamaq çətin deyil ki, terrorçular Rusiyanın Suriyadakı terrorçulara verdiyi dəstəkdən ruhlanıb”.
Vəliəhd bildirib ki, ölkəsi Rusiya ilə münasibətlərdə yumşaq metodlardan istifadə etməyəcək və Putinə ultimatum göndəriləcək. Onun sözlərinə görə, əgər Rusiya bombardımanları davam etdirsə, böyük çətinliklərə baxmayaraq onları dayandırmaq üçün addımlar atılacaq. “Rusiya anlamalıdır ki, bizim hərbi imkanlarımız Suriyada Rusiya qüvvələrini məhv etmək üçün yetərlidir”, – deyə o bildirib.
Fizzə
Oxunub: 792