Gürcüstan tərəfi Əfqan Muxtarlının dindirilməsi ilə bağlı müraciətə Azərbaycan prokurorluğundan cavab almayıb. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş prokuroru İrakli Şotadze deyib. O qeyd edib ki, hazırda prokurorluq Azərbaycan hüququi yardımla bağlı iki müraciət göndərib.
“Hazırkı mərhələdə hüquqi yardımın göstərilməsi ilə bağlı Azərbaycana müraciət göndrəmişik və azərbaycanlı həmkarlarımızın onlara cavab verəcəyini gözləyirik. Paralel olaraq Muxtarlının azərbaycanlı vəkilini dindirməyə çalışırıq”, – deyə İrakli Şotadze bildirib.
Fizzə
Oxunub: 404