Bir il əvvəl Almaniya da maliyyə problemlərini əsas gətirərək imtina edib
Yarışlar üçün yeni azarkeş cəlb etmək və biznes imkanları yartmaq üçün Formula-1 rəhbərliyi yarışı böyük şəhərlərdə təşkil etmək istəyir. Belə ki, ötən həftə Londonda keçirilən qran-pri yarışmasında 100 min tamaşaçı iştirak edib. Lakin Böyük Britaniyada yarış təşkilatçıları müqavilədən imtina etmək qərarına gəlib. Buna səbəb kimi maliyyə itkilərini göstəriblər. Əgər yeni müqavilə imzalanmasa, 2019-cu ildə Silverstonda yarışmanın keçirilməsi dayandırılacaq.
Ötən il Almaniya bu yarışları keçirməkdən imtina edib. Onlar bunu yarışların əvvəlki kimi gəlirli olmaması ilə əlaqələndiriblər. Hətta Formula 1-in keçmiş şefi Eklestounun Almaniyaya ciddi maliyyə güzəştləri etməsi kömək etmədi.
azadliq.info
Oxunub: 148