Gəncədə bənna işləyən 40 yaşlı kişi hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Hadisə Məhsəti qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, 1977-ci il təvəllüdlü Hüseyn Əli oğlu Hüseynov bənna işlədiyi fərdi evdə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsində yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gəncə şəhərində, 20 yaşlı daha bir fəhlə yıxılaraq ağır xəsarət alıb.
Hadisə şəhərin Üç bulaq deyilən ərazisində, yol kənarındakı tikintidə baş verib. Həmin tikintidə fəhlə işləyən Yeni Gəncə qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nicat Fərrux oğlu Məmmədov iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirlir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Azadliq.info
Oxunub: 104