Bu gün Yasamal rayon məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə iddiaçı Abdullayev Şirin Tapdıq oğlunun “Azadlıq” qəzetinə qarşı diffamasiya tələbinə dair iddia ərizəsi üzrə proses davam etdirilib.
Həmin iş üzrə məhkəmə linqvistik ekspertizası keçirilib və ekspert Almaz Bayramov tərəfindən 24.05.2017-ci il tarixli 11300 N-li ekspert rəyi verilib. Ekspert “Jurnalistin üzünə duran “bandotdel” rəisinin dostu imiş” ifadəsindəki məlumatı Şirin Abdullayevin şərəf və ləyaqətini ləkələyən məlumat hesab edib.
Bu günkü məhkəmə iclasına iddiaçı tərəfin nümayəndəsi ərizə ilə müraciət edərək onların iştirakı olmadan prosesin keçiririlməsini xahiş edib.
“Azadliq” qəzetinin nümayəndəsi Səməd Rəhimli məhkəməyə yazılı vəsatət təqdim edib. Vəsatətdə bildirilib ki, ekspert rəyi ilə tanış olmuşuq və həmin ekspert rəyi ilə bağlı suallarımız var. Həmin sualların aydınlaşdırılması üçün rəyi vermiş ekspert Almaz Bayramov məhkəməyə dəvət edilməsi və onun dindirməsi üçün şərait yaradılması hakimdən xahiş edilib.
Vəsatət təmin olunub. Məhkəmə ekspertin dindirilməsi ilə avqustun 7-də davam etdiriləcək.
azadliq.info
Oxunub: 454