Rusiya səfiri Kosta Rikanın Xarici İşlər Nazirliyinə etiraz etdi
Bu günlərdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Kosta Rikaya rəsmi səfərə gedib. Bu səfər zamanı Kosta Rikanın Xarici İşlər naziri bizim nazirlə görüşüb və onu Formula 1 yarışlarının keçirilməsi münasibəti ilə təbrik edib. Xəbərin bu hissəsi komediyaya bənzəyir, amma o biri hissəsi də var. Xarici İşlər naziri Qonzales Manuel həm də onu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Əslində, Qonzalesin bu açıqlaması da sıradan bir bəyanatdır və bütün ölkələrin diplomatları bu cür münasibət bildirirlər. Azərbaycanda yenicə səfirlik açmağa hazırlaşan Kosta Rikanın da belə bir açıqlama verməsini sıradan bir hadisə kimi qiymətləndirmək olar. Çünki, Kosta- Rika dünya siyasətinin elə də böyük oyunçularından deyil. Amma hətta bu trafaret açıqlama da Rusiyanı hirsləndirib. Rusiyanın Kosta Rikada olan səfiri Aleksandr Doqadin Xarici İşlər naziri Manuel Qonzalesin bu açıqlamasından narazı olduğunu bildirib və etirazla deyib ki, bu cür məsələlərdə Kosta Rikanın problemin mahiyyətini bilmədən açıqlamalar verməsi prosesin xeyrinə deyil… Rusiya faktiki olaraq, Ermənistan Xarici İşlər Nazirliyinin əvəzinə münasibət bildirib. «Rusiya Azərbaycanın strateji müttəfiqidir» rəsmi şəxslər öz rəsmi mövqelərindən bu hadisəni necə izah edə bilərlər?
azadliq.info
Oxunub: 522