Almaniya hüquq-mühafizə orqanları (Cinayət işləri üzrə federal orqan) çirkli pulların yuyulması və vergi maxinasiyalarına qarşı mübarizə çərçivəsində “Panama sənədləri”ndəki bilgiləri 5 milyon avroya satın alıb.
Dpa xəbər verir ki, bu yolla alman polisi vergi cinayətlərini araşdırmağa çalışacaq.
“Əldə olunan bilgilər öyrəniləcək və ekspertlərin iştirakı ilə yoxlanılacaq. Ortada milyonlarla fayl var və bu iş bir neçə ay vaxt aparacaq. Vergi cinayətlərinə qarşı mübarizə aparmaq üçün həm imkanımız, həm də siyasi iradəmiz var”, – deyə alman nazir Tomas Şefer bildirib.
“Panama sənədləri” Beynəlxalq Təhqiqat Jurnalistikası Konsorsiumunun apardığı araşdırma nəticəsində 2016-cı ildə üzə çıxıb.
Dünyanın ən məxfi şirkətlərindən olan Panama Mossack Fonseca hüquq firmasından sızan sənədlərdə dövlət başçıları, siyasilər və məşhur idmançıların offşorlarla əlaqəsindən, həmçinin çirkli pulların yuyulmasından, sanksiyaların yarılmasından və vergi yayınmalarından bəhs olunur.
Gültəkin
Oxunub: 488