Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Rəyasət Heyətinin iclasında AMEA-nın bəzi elmi müəssisələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub. Mövzu ilə əlaqədar çıxış edən Akademiya prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA nizamnaməsi və “Elm haqqında” Azərbaycan Qanununun müvafiq maddələrinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qeyd edilənlər nəzərə alınaraq Rəyasət Heyəti tərəfindən AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiq edilib. Vurğulanıb ki, muzeylərdə həyata keçirilən sahibkarlıq fəaliyyəti bu Qaydalara edilmiş əlavələr, eləcə də fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr əsasında müəyyən edilir.
Oxunub: 214