Dəfələrlə demişik ki, bunlar oğrudurlar. Dövlətçilik anlayışların məhv edib, ölkənin milli sərvətlərin talayıb kölgə iqtisadiyyatı yaradıblar. Biz deyəndəki bunlar Azərbaycan dövlətini holdinqə çeviriblər, bəziləri buna şübhə ilə yanaşırdılar. Bu yaxınlarda Beynəlxalq Mühasiblər Assosiasiya 2016-cı il üzrə hesabatını açıqladı. Məlum oldu ki, ölkəmizdə kölgə, yəni büdcədən gizlədilən, xalqdan oğurlanan iqtisadiyyatın həcmi nə az, nə çox Ümumi Daxili Məhsulun 67 faizindən bir qədər artıqdır və bu göstərici üzrə Azərbaycan dünyaya liderlik edir. Ayrı bir şey də gözləməyə dəyməzdi. 2013-cü ilin prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki saxtakarlığının 58 faiz olduğunu bəyan edilmişdi. Əslində, ATƏT müşahidəçilərin görmədikləri, qeydə almadıqları məqamları da nəzərə alsaq seçki saxtakarlığının da 67 faizin üzərində olması acı bir gerçəklik idi.
Vətəndaşı 150-250 manat arasında pensiya, əmək haqqı və müavinət Azərbaycan kimi kiçik bir ölkədə kölgə iqtisadiyyatının 67 faizin üzərində olması nə deməkdir. Bu o deməkdir ki, ərazisi işğal olunan, iki yaşlı körpəsi düşmən gülləsinə tuş gələn ölkədə 40 milyard manatın üzərində oğurluq var, büdcədən yayınma var, xalqın cibinə əl uzatma, beytül mala haram qatma var. Bundan böyük rüsvayçılıq daha nə ola bilər? Əlbəttə, kölgə iqtisadiyyatının həcmi 6-7 faiz olsaydı ölkəni idarə edənlərin bundan xəbərsizliyi bəlkə də inandırıcı görünə bilərdi, amma 67 faizin üzərindəsə bu artıq hakim elitanın natəmiz kölgəsinin aydın bir göstəricisidir.
Ölkə niyə bu günə düşdü? 67 faizin üzərinə olan kölgə iqtisadiyyatı cənab İlham Əliyevin ölkəni kölgəli şəkildə idarə etməsinin məntiqi nəticəsidir. Həmin Beynəlxalq Mühasiblər qrupu hələ kənar müşahidələr əsasında bu qənaətə qəliblər. Ölkənin içərisindəki hüdudsuz korrupsiyaya, heç nəylə məhdudlaşmayan büdcə talançılığı, millətin sərvətlərinin dədə malı kimi mənimsənilməsinin gizlinlərinə vaqif olsaydılar Azərbaycanın özünün bir dövlət olaraq kölgəyə çevrildiyinə şəki-şübhə etməzdilər.
Oxunub: 866