Rusiya, İran və Türkiyə diplomatları Suriyanın ayrı-ayrı hissələrində yaradılmalı olan “de-eskalasiya zonalarının” təfərrüatlarında razılığa gələ bilməyiblər.
Buna baxmayaraq Moskvanın Suriya münaqişəsinin çözülməsində baş danışıqçısı iyulun 5-də Astanada keçirilən sülh danışıqlarının 5-ci raundundan sonra deyib ki, təməl çərçivə “ümumən razılaşdırılıb”.
Qazaxıstan paytaxtında keçirilən danışıqların ikinci və son günündən sonra Aleksandr Lavrentyev “biz hələlik de-eskalasiya zonalarını bilavasitıə yarada bilməmişik” deyib.
Lavrentyev bildirib ki, bu zonalara daxil olmalı ərazilər və burada iştirak edəcək qüvvələrin kimliyi “hələlik yekunlaşdırılmayıb”.
O əlavə edib ki, Türkiyə rəsmiləri üsyançı qüvvələrlə hökumət qoşunlarını bir-birindən ayıracaq zonalarda iştiraklarının koordinasiya edilməsi üçün əlavə vaxta ehtiyacları olduğunu bildiriblər.
Lavrentyev bunu da deyib ki, Rusiya MDB-yə daxil ölkələri potensial de-eskalasiya zonalarında müşahidəçilik missiyasi məsələsinə baxmağa çağırıb.
İyulun 4-də Astana danışıqlarında iştirak edən Suriya müxalifəti nümayəndələri deyiblər ki, onlar sözü gedən zonaların monitorinqində İran qüvvələrinin iştirakına qarşıdırlar, çünki bu qüvvələr Suriya hökumətinin tərəfində fəal hərbi əməliyyatlar aparır.
Yahər Əbdürahim Interfax agentliyinə bildirib ki, de-eskalasiya zonalarında İran qüvvələrinin olmasını bütün müxalifət qrupları istəmir.
Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov deyib ki, Rusiya, Türkiyə və İran nümayəndələri zonalara dair fikir ixtilafının aradan qaldırılması üçün avqustun 1-2-də Tehranda görüşəcəklər. Avqustun sonlarında isə Astanada növbəti danışıqlar mərhələsi olacaq.
Lavrentyev bu danışıqlardan əvvəl deyib ki, o ayrıca olaraq Suriya müxalifəti nümayəndələri ilə görüşəcək və onlarla Assad hökuməti arasında mümkün razılaşmanın yollarını müzakirə edəcək.
Astana danışıqlarında iştirak edən xüsusui BMT elçisi Staffan de Mistura deyib ki, de-eskalasiya zonaları müvəqqəti tədbirdir və Suriya münaqişəsinin həlli üçün daha geniş siyasi razılaşmaya ehtiyac var.
Lavrentyevdən başqa Astana danışıqlarına Türkiyə, İran və ABŞ-ın xarici işlər nazirlərinin müavinləri qatılmışdılar.
Hazırda Suriya danışıqları iki müstəqüil müstəvidə aparılır. Bunlardan biri olan Astanada atəşkəs kimi müvəqqəti məsələlər həll olunur.
BMT-nin egidası altında aparılan Cenevrə danışıqlarında isə davamlı sülh və yekun həll üçün siyasi danışqıar davam etdirilir.
Cenevrədə növbəti danışıqlar iyulun 10-da keçiriləcək.Rusiya, Türkiyə və İran Suriyada xüsusi zonalar məsələsində razılığa gələ bilmədilər.
Oxunub: 408