İyulun 24-də Tbilisidə parlament binasının qarşısında “Lanset” klinikasının həmtəsisçisi Fərman Ceyranlının həbsi ilə bağlı etiraz aksiyasi keçirilib.
Aksiyada Gürcüstanda yaşayan azərbaycanlılar və yerli media orqanları iştirak ediblər. Etirazçılar “Fərman Ceyranlıya azadlıq!”`, “Ədalətli məhkəmə!”, “Siyasi həbslərə yox”! sözləri yazılmış plakatlar qaldırıblar.
Gürcüstanda yaşayan siyasi fəal, TURAN TV-nin əməkdaşı Daşqın Ağalarlı F. Ceyranlının vəkilindən qısa müsahibə götürüb.
Fərman Ceyranlı sonuncu məhkəmədə çıxış edərkən müxalifətçi olmadığını, xəstəxanada müayinə olunanların siyasi baxışlarına görə fərq qoyulmadığını və Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunduğunu bildirib.
Tbilisidə professor Fərman Ceyranlının həbsi ilə bağlı aksiya keçirildi. Bu aksiya barədə Turan TV-nin əməkdaşı Daşqın Ağalarlı məlumat verir
Publicerat av Kanal Turan den 24 juli 2017
azadliq.info
Oxunub: 260