«Mən fəaliyyətimdə heç bir qüsura yol verməmişəm. Siyasi məhbusam».
Bu gün, iyulun 25-dəTbilisi şəhər Məhkəməsində keçirilən prosesdəki çıxışında azərbaycanlı cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı belə deyib.
Məhkəmə prosesi haqda «Turan» agentliyinə cərrahın vəkilləri məlumat veriblər. F.Ceyranlını Gela Nikolashvili və Natia Bezhashvili müdafiə edir.
CƏRRAH SİFARİŞDƏN DANIŞIB
Vəkillərinin deməsinə görə, F.Ceyranlı bildirib ki, ona irəli sürülən ittihamlar quramadır, ona heç bir aidiyyəti yoxdur. Rəsmi ittihamda qeyd olunan hallara görə qətiyyən hüquqi məsuliyyət daşımadığını vurğulayan cərrah sifarişlə həbs olunduğunu ifadə edib. Onun deməsinə görə, Azərbaycan hökuməti onun həbs edilməsini sifariş edə bilərdi. Cərrah məhkəmədəki ifadəsində həmçinin deyib ki, həbsindən əvvəl Azərbaycan hökumətinin nəzarətində olan mediada barəsində yalan məlumatlar yayıb.
F.Ceyranlı məhkəmədən işə ədalətlə baxılmasını istəyib.
Onun vəkilləri isə cərraha irəli sürülmüş ittihamlar üzrə çıxış ediblər.
VƏKİLLƏRİ DƏ «SİYASİ SİFARİŞDİR» DEYİR
Vəkillərdən Gela Nikolashvili dələduzluq ittihamının əsassız olmasından bəhs edib. Onun deməsinə görə, ittihamda adı keçən xəstə kassaya ödəniş edib, bununla bağlı ona qəbz də verilib. Həm də xəstə tibb xidməti əvəzində ödəməli olduğu vəsaitin hamısını kassaya keçirməyib.
«Belə olan halda heç bir maliyyə yeyintisindən, dələduzluqdan söhbət gedə bilməz», – deyən vəkil söylədiklərini isbat edən sənədləri məhkəməyə təqdim edib. Üstəlik, vəkil də siyasi sifarişin olmasını istisna etməyib.
Digər vəkil Natia Bezhashvili isə çıxışında xüsusi vurğulayıb ki, cinayət işi materiallarında pozuntulara yol verilib.
«Onu klinikanın direktoru kimi göstəriblər. Halbuki, klinikanın direktoru tamamilə başqa şəxsdir, Fərman Ceyranlı təsisçidir. Təsisçinin isə hansısa xəstəni yoxlamaq hüququ yoxdur», – deyən vəkil rəsmi ittihamların yalnız direktora, müalicə həkiminə irəli sürülə biləcəyini vurğulayıb.
Vəkilin bildirməsinə görə, təsisçilər ittihamlardakı hallar üzrə heç bir cavabdehlik daşıya bilməz.
Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək (azadliq.org).
Tbilisidə professor Fərman Ceyranlının həbsi ilə bağlı aksiya keçirildi. Bu aksiya barədə Turan TV-nin əməkdaşı Daşqın Ağalarlı məlumat verir
Publicerat av Kanal Turan den 24 juli 2017
Oxunub: 588