Ali Məhkəmədə rüşvət verməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən keçmiş vəkil Əliabbas Rüstəmov məhkəmə qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ə.Rüstəmovun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 313-cü (vəzifə saxtaraklığı) maddəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi nəticəsinə gəlinib. Buna görə də ona həmin maddə ilə cəza təyin edilməyib.
Məhkəmə Ə.Rüstəmovu CM-nin 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirli bilib və onun cəzasınını 7 ildən 6 ilə endirib.
Oxunub: 188