Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarındakı vəziyyətlə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 54% artaraq 2,975 mlrd. manatı ötüb. Korporativ qiymətli kağızlar bazarının 64% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 4,3 dəfə artıb. Yanvar-iyun ayları ərzində qiymətli kağızlar bazarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 5,230 mlrd. manat təşkil edib.
Oxunub: 64