Fetö adı ilə xaltura edənlərin menyüsünə: həm Azərbaycanda, həm də Türkiyədə
Azərbaycan hakimiyyətinin «xəbər bülbülləri» Azadlıq qəzetinin texniki direktoru Faiq Əmirlinin həbsi xəbərini tələm-tələsik Türkiyə mətbuatına ötürüb oralarda da öz iftiralarını davam etdirməyə cəhd ediblər.
Türkiyənin haber.com saytında Faiq Əmirlinin Fetö terrorunda ittiham edilərək 3 il 3 ay azadlıqdan məhrum edilməsi «kardeş ülkede» Fetoçuların təqib edildiklərinin təsdiqi kimi verilmişdi.
Biz, əlbəttə, dərhal redaksiya ilə əlaqə saxladıq və onlara «yazdığınız bu xəbərin doğruluğundan əminsizmi» sualı ilə bağlı aşağıdakı sual və iradları bildirdik:
1. Faiq Əmirli siyasətçi deyil:
2. Faiq Əmirlini həbs etmək üçün «Fetoçu» iftirası atıldı, amma hətta Azərbaycan hökuməti kimi yalan ustaları belə bu iftiranı təsdiq edəcək heç bir sübut əldə edə bilmədiyinə görə onu «vergi» böhtanı ilə əvəz etməyə məcbur oldu;
3. Faiq Əmirli Azərbaycan Xalq Cəbhəçi Partiyası sədrinin müavini deyil, köməkçisidir. Bu, Türkiyede qəbul edilən «yardımcı» sözünün anlamını verən ifadə deyil;
4. Azadlıq qəzeti 1989- cu ildən, ta Sovetlər Birliyi zamanından ölkənin istiqlalı üçün fəaliyyətə başlayan insanların idealları üzərində qurulmuş bir qəzertdir. Faiq Əmirlinin həbsi İlham Əliyevin bu qəzeti kapatmaq üçün göstərdiyi sonuncu cəhd idi.
5. Bu zamana qədər Azərbaycan da daxil olmaqla Fətullah gülənin hər hansı ölkədə müxalifətlə işbirliyi ilə bağlı faktlar sizə məlumdurmu;
6. Bu iftiranı təkzib etmək fikriniz varmı, yoxsa, onu gerçək kimi qəbul edib bizim də bu iftiranı qəbul etməmizdə israr edirsizmi?
7. Əgər sizə Azərbaycanda Fetö izləri ilə bağlı xəbər maralandırırsa o halda diqqətinizə belə bir xəbəri təqdim edə bilkərik:
«Silk Way-in Pensilvaniya izləri
Silk Way İstanbuldakı partnyoru Fətullah Gülənin güvənli kadrlarından biridir…
2015- ci ilin sentyabr ayının 6-da Türkiyədə çıxan Sabah qəzeti maraqlı bir araşdırma yazısı yaymışdı. Bu, Ferhat Ünlü adlı yazarın «Gülenizmin Orta Asiya astratejisi» adlı geniş yazısıydı və orada çoxlu adlar və çoxlu da faktlar vardı. Yazar Ferhat Ünlü, sani bu proseslərin içində olan birisi kimi Orta Asiyada, özəlliklə də Qırğızstandakı Gülençilerin adbaad sadalayır, onların tutduqları mövqe, uğraşdıqları iş ve vezifeleri birce- birce xatırladırdı. Bu böyük yazının bütün abzaslarınıə burada təkrarlamağa ehtiyac yoxdur, amma bir nəfərin üzrəində vurğulayacağıq. Bu, Qırğızstan vətəndaşı, Türkiyədə yaşayan Aybek Sarıgulov adlı birisidir. Ferhat Ünlü «Sabah» qəzetindəki yazısında onu belə xatırlayır:
«Kırgızistan’daki Gülenistlerin Türkiye’de Kırgızistan Dostluk ve Kültür Derneği üzerinden de sivil toplum örgütlenmesi ayağını tamamladığı belirtiliyor. Derneğin buradaki başkanı Aybek Sarıgulov. Sarıgulov Pensilvanya’ya gidip Fethullah Gülen’i ziyaret etmiş bir isim».
(http://www.sabah.com.tr/yazarlar/pazar/ferhat-unlu/2015/09/06/gulenizmin-orta-asya-stratejisi)
Bu mövzu ilə bağlı araşdırma aparmaq istədik və qarşımıza başqa bir yazı da çıxdı. Bu dəfə rəsmi sayılacaq qaynaqdan. Daha doğrusu, hər halda, rəsmi qaynaqdan. Söhbət MUSİAD adlı ictimai təşkilatın saytında yerləşdirilən və MUSİAD-ın protokol xəbərlərindən birindən gedir.
(http://www.musiad.org.tr/tr-tr/haberler/musiad-turkiye-kirgizistan-is-formu-gerceklestirdi)
Bu xəbər niyə diqqətimizi daha çox çəkdi ? Yalnız ona görə yox ki, burada bu yazının sonunda vurğulayacağımız Aybek Sarıgulov adlı adamın deyil, Ferhad Ünlünün «Sabah» qəzetində çəkdiyi adların az qala, hamısı xatırlanır. Belə anlaşılır ki, yalnız Aybek Sarıgulov deyil, Qırğızstan- Türkiyə ilişgilərinin üzərində dayanan hər kəs Fətullahçı imiş. Amma bunlardan biri bizi daha çox ilgiləndirir. Bu adam Aybek Sarıgulovdur. Pensilvaniyaya gedib, Fetullah Gülenin elini öperek geri dönen və indi də İstanbulda böyük bir vəzifəni daşıyan şəxs.
MUSİAD-ın saytında xatırlanan protokol yazısında Aybek Sarıgulovun ismi belə bir hissədə keçir:
««Kırgızistan Avrasya Bölgesine Ulaşılacak Yeni Bir Kapı Olabilir»
UBS Transit Yönetim Kurulu Başkanı Aybek Sarıgulov ise Kırgızistan’da gümrük fiyatlarının ucuz, rüşvetin ise düşük hatta yok denebilecek seviyede bulunduğunu söyledi. 24 Kasım’dan sonra Türkiye- Rusya ilişkilerinde sorun yaşanmış olabileceğini belirten Sarıgulov, Kırgızistan’ın Avrasya Bölgesi’ne ulaşılacak yeni bir kapı olabileceğinin altını çizdi»…
Adamın nə dediyi önəmli deyil, önəmli olan haqqında bəhs etdiyimiz Aybek Sarıgulovun İlham Əliyevlə Tayyib Ərdoğan arasına Fətullah örgütünü yerləşdirə bilməsidir.
Bu, bir müstəsna bacarıqdır.
Məlum olduğu kimi indi Fətullahçıların işi üzrə Türkiyədə böyük, hətta misli görünməmiş bir kampaniya başladılıb. Bu kampaniyanın sadəcə Fətullahçılara qarşı olub- olmadığını bilmək də müşkül məsələdir. Biz bu konuya Aybek Sarıgulov adlı dəyərli uzmanın prizmasından baxırıq. Aybek Sarıgulov 2009- cu ildən Qırğızstan- Türkiye Dostluq Cəmiyyətinin rəhbəridir. 1992- ci ildən Türkiyədə yaşayır, orada təhsil alıb və görünür, elə o zamandan camaatın daxilinə alınıb, o məqama qədər yüksəlib ki, Pensilvaniyada Fətullah Gülenin qəbulu ilə şərəfləndirilib.
Bu adam bizim diqqətinmizi nəyə görə çəkməlidir?
Bizə görə, o, bir Qırğızstan vətəndaşıdır, Türkiyədə uzun müddətdir yaşayır və bəlkə də, həm də Türkiyə vətəndaşdır. Azərbaycana nə dəxli var?
O dəxli var ki, cənab Aybek Sarıgulov İstanbulda Silk Way Cargo- nun önemli partnyorlarından biridir. Bu partpartnyorun Atatürk hava limanında, Sabiha Gökçen hava limanında, İstanbulun Laleli kimi ticarət mərkəzlərində anbarları var ve hemin anbarlar faktiki olaraq Silk Way-in xidmətindədir. «Hizmet» öz yerində, amma adamda bu qədər cəsarət ola bilərmi? İndi Türkiyə Fetö ovu ilə bu qədər uğraşmaqdadırsa, hansı cəsarət Aybek Sarıgulovu bu qədər cəsarətləndirə bilər? Əlbəttə, Silk Way olduqca böyük qalxandır, böyük dayaqdır və böyük cəsarət qaynağıdır. Bu böyük dayağa söykənərək bu mərtəbələrə qədər dırmanmaq olar.
Amma bəs Silk Way? Bu böyük şirkət Aybek Sarıqulovu «xaç suyu» na çəkərək arındırıbmı və zəmanət veribmi ki, Aybek bey daha Fətullahçı deyil? Ola bilər ki, ona belə bir zəmanıt verilib. Çünki son 1 il ərzində bütün Türkiyədə Fətullah izləri daranaraq araşdırılırdısa və bu araşdırmadan sağ- salim qoparak, Silk Way-n Çindən tut Türkiyəyə, Rusiyaya və Orta Asiyaya kadar uzanan böyük bir coğrafiyanın sirrli ilişkilərinə kontrol edirsə deməli, Azərbaycün Cümhuriyyetinin resmileri onun arxasında möhkəmcə dayanıblar.
Onun indi də Qırğızstan- Türkiyə Dostluq Cəmiyyətinin başqanı olaraq qalıb- qalmadığı bəlli deyil…».
haberler.com-dakı kolleqalarımıza təşəkkür edirik. Onlar bizim iradlarımızı və suallarımızıə dəyərləndirərək Faiq Əmirlinin həbsi ilə bağlı ötürülən xəbəri saytdan dərhal sildilər. (https://www.haberler.com/azeri-politikaci-faig-amirov-a-feto-davasinda-3-9866503-haberi/).
Gerçək Fetoçuların onlara gərək olub – olmadığı isə bizə aid məsələ deyil.
Azadliq.info
Oxunub: 102