Cümhuriyyət Xalq Partiyası (Cumhuriyet Halk Partisi/CHP) təmsil edən millət vəkilləri Türkiyə parlamentində (Türkiyə Büyük Millet Meclisi/TBMM) məclisin daxili qaydalarının müzakirəsi zamanı çıxışları üçün imkan verilmədiyinə görə yerli vaxtla saat 01:00-da parlamentin iş günü başa çatandan sonra da məclis zalında qalaraq etiraz edirlər.
Cümə axşamı günü TBMM-nin daxili qaydalarına təklif edilən 18 dəyişiklikdən 14-nün qəbul edilməsi ardınca iclas yekunlaşıb.
Lakin tələb etdikləri qaydada çıxışlarına imkan verilməyən CHP millət vəkilləri zalı tərk etməyəcəklərini deyiblər.
CHP qrup rəhbəri Özgür Özel partiyasının “məclisi tərk etməmək aksiyasına” başladığını bildirib.
“Səsi kəsilən millət vəkilləri üçün bir yol tapacağımızı söyləmişdik. Aksiyanın nə vaxt bitəcək sualına cavabımız: sonuncu millət vəkilimiz daxili qaydalar haqqında söyləyəcəyi son sözünü bitirmədən bu aksiya da bitməyəcək”, o, deyib.
TBMM-nin spiker müavini Ahmet Aydın isə CHP millət vəkillərindən aksiyalarına son qoymalarını tələb edərək iclası yekunlaşdırıb.
İclasın sona çatması ardınca media lojası bağladılıb və jurnalistlər bayıra çıxarılıb.
Oxunub: 146