Qüdsün tarixi mərkəzində baş vermiş toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət alıb. Bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir. Cəmiyyətin məlumatında deyilir ki, əməkdaşları toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər.
Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığı deyilir.
Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.
Polis əməkdaşlarının səsli qumbara və rezin güllələrdən istifadə etdiyi bildirilir.
Oxunub: 124