Şəmkir sakini intihara cəhd edib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Pərvanə İsmayılova özünü hərəkətdə olan qatarın altına atıb. Ağır bədən xəsarətləri alana qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır-orta ağır olduğu bildirilir.
Məlumata görə, P. İsmayılovanın intihara cəhd etməsinin səbəbi həyat yoldaşından boşanması olub.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxunub: 134