zeAvqustun 30-da AXCP sədrinin müavini Gözəl Bayramlının haqqındakı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi məsələsinə baxılıb. Nəsimi Rayon Məhkəməsi bu haqda vəsatəti təmin etmədiyindən həmin qərardan apelyasiya şikayəti verilmişdi.
Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə həmin şikayətə baxılıb və təmin olunmayıb. Bu haqda “Azadliq.info”ya Gözəl Bayramlənın vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, Gözəl xanımın həbs qərarından şikayət artıq Avropa Məhkəməsinə göndərilib.
azadliq.info
Oxunub: 154