Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İdarəsinin əməkdaşı Valehzadə Fəxri Əli oğlu çalışdığı şəhərdə avtoxuliqanlıq edərkən YPX əməkdaşları tərəfindən saxlanılıb.
20 CV 107 dövlət nömrə nişanlı 07 markalı avtomobillə qaydaları pozan Fəxri Valehzadə yol polislərinə qarşı kobudluq edib. O, DTX –nın ona verdiyi xidməti vəsiqəsini nümayiş etdirərək, yoluna davam etmək istəyərkən müdaxilə ilə qarşılanıb. Nəticədə YPX əməkdaşları ilə onun arasında münaqişə yaranıb.
Məsələ ilə bağlı Gəncə Baş Polis İdarəsinin və DTX-nın yerli rəhbərliyi məlumatlandırılıb.
Gəncə DTX-nın rəisi Əli Əliyevin xahişi ilə sərxoş sürücünü həkim müayinəsinə aparmaqdan, əlbəttə, vaz keçiblər.
Araşdırmamız zamanı bəlli olub ki, avtoşluq edən DTX əməkdaşı vaxtilə Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş Əli Əmirovun oğludur.
Əli Əmirov hazırda da bu sahədə çalışır.
azadliq.info
Oxunub: 488