“Kanal 13” İnternet Televiziyasının direktoru Əziz Orucovun işi üzrə istintaq yekunlaşıb. Bu haqda Əziz Orucovun
vəkili Cavad Cavadov məlumat yayıb.
Vəkil bildirib ki, artıq müdafiə tərəfi iş materialları ilə tanış olmağa başlayıb. Tanışlıq mərhələsi başa çatdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Əziz Orucov mayın 2-də əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb. Cəza müddəti başa çatandan sonra haqqında cinayət işi başlanıb. O, 2014-cü ildə QHT-lərə qarşı başlanmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib.
Əziz Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.
azadliq.info
Oxunub: 152