AP-nin ikinci ən böyük fraksiyası araşdırma tələb edir
Hakimiyyətin 2012-14-cü illəri əhatə edən 3 milyardlıq korrupsiya əməliyyatı ilə bağlı beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun üzə çıxardığı fakt Avropa Parlamentini də hərəkətə gətirib. Avropa Parlamentinin ikinci ən böyük fraksiyası olan Sosialistlәr vә Demokratlar qrupu dünyanın bütün nüfuzlu media orqanlarında yayımlanan bu faktla bağlı hərtərəfli araşdırma aparmağa çağırış edib.
Qrupun vitse-prezidenti və Panama Sənədləri üzrə araşdırmaya məsul olan komitənin həmməruzəçisi Jeppe Kofod bildirib ki, avropalılar haqlı olaraq Azərbaycanın çirkli pulyuma, korrupsiya skandalında iştirak edən bankların və siyasətçilərin hesabat vermәlәrini gözlәyirlәr. “Sosialistlər və Demokratlar Avropa Parlamentindәn rəsmi sorğu tәlәb edirlәr. Panama Sənədləri üzrə araşdırma sona çatandan sonra Panama Komitəsində banklar və siyasətçilərlə sürətli müzakirələrə başlayacağıq. Bu nəticələrə əsaslanaraq, gələcək tədqiqatlar üçün ən yaxşı format üzrə düzgün qərar qəbul edə bilərik”, – deyə Kofod qeyd edib.
Panama Sənədləri komitəsinin koordinatoru Peter Simon isə deyib ki, üzə çıxarılan bu fakt beynəlxalq pul axınları, çirkli pulların yuyulması və vergidən yayınma qalmaqallarının uzun müddətdir davam etdirilməsi demәkdir. “Avropa İttifaqının cəzalandırmaq səlahiyyətlərini gücləndirmək üçün yeni qanunları qəbul etməsi və nəticədə Avropa bazarında bu istiqamәtdә fəaliyyət göstərәn bankların fәaliyyәtini qadağan etməsi lazımdır. Pul yuyulması üçün sıfır dözümlülük olmalıdır”, – deyə P.Semon bildirib.
Azadliq.info
Oxunub: 956