“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərov özü ilə bağlı dünən yayılan məlumatlara reaksiya verilib.
Onun həbs edilməsi və şirkətdə yoxlamaların başladılması xəbəri mətbuat katibi tərəfindən təkzib edilmişdi.
T.Heydərov feysbukda bu məsələyə fərqli tərzdə cavab verib. O, “Azərbaycan mətbuatı Nəsimi filminə bənzəyir. Görəsən, bu neçənci Tofiq Heydərovdu həbs edirlər” deyə rəy yazıb.
Tofiq Heydərov bildirib ki, kimlərinsə “AAAF Park”da gözü var:
“Uzun illərdir bu işlər təşkil olunur (yalan xəbərin yayılmasını nəzərdə tutur-red). Kimlərinsə “AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”
Publicerat av Tofig Heydarov den 23 september 2017
Oxunub: 698