Xəzər Hərbi Tədqiqatlar İnstututu qeyd edir ki, ölən hərbçilərdən 4 nəfərinin adı ”Casus qalmaqalı” ilə bağlıdır
2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 48 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 31 nəfəri isə qeyri-döyüş itkisidir.
Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.
Bildirilir ki, Silahlı Qüvvələrin 17 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub:
Eyni zamanda 4 hərbçi xəstəlik nəticəsində, 5 nəfərin intihar etdiyi, 4 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu, tank və ağac altında qalma) dünyasını dəyişdiyi qeyd olunub.
10 nəfər naməlum hadisə səbəbindən, 4-ü əsgər yoldaşının açdığı atəş, 3 nəfər avto-qəzadan, biri xilasetmə tədbirləri nəticəsində ölüb.
Ölənlərin 14 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 24 nəfəri əsgər, 2 nəfəri gizir, 8 nəfərsə zabit olub. Onların 41 nəfəri Müdafiə Nazirliyinin, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfərsə Daxili Qoşunların hərbi qulluqçuları olublar.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, ötən dövrdə ümumilikdə 12 hərbi qulluqçu yaralanıb, yaxud xəsarət alıb. 3 hərbçi erməni gülləsindən yaralanıb, 2 hərbçi isə avto-qəza nəticəsində xəsarət alıb. 4 nəfər xilasetmə əməliyyatları çərçivəsində xəsarət alıb, 3 nəfərin xəsarət almasının səbəbələri açıqlanmır.
İnstutut qeyd edir ki, ölən hərbçilərdən 4 nəfərinin adı „Casus qalmaqalı“ ilə bağlıdır, onlar barədə sosial şəbəkələrdə və eyni zamanda online mediada məlumat yayılıb.
Bundan əlavə hərbi ilə bağlı məsələlər səbəbindən ötən dövrdə azı 7 dinc sakin həlak olub. 2 nəfər erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4 nəfərsə naməlum səbəblərdən həyatını itirib. Bir mülki şəxs erməni gülləsindən yaralanıb.
Bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.
Müdafiə Nazirliyi ölən və yaralananlar haqda statistika açıqlamır.
meydan.tv
Oxunub: 88