“Dünyanın ən repressiv rejimlərindən biri olaraq Azərbaycan hökuməti insan haqlarını cəzalandırılmadan pozur, sivil cəmiyyətə, insan haqları müdafiəçilərinə və müstəqil mətbuata hücum edir,” deyə Freedom House prezidenti Maykl Abramovitz bəyan edib. “Bu qətnamə düzgün olaraq ABŞ hökumətini insan haqlarını pozanları Qlobal Maqnitski Aktı vasitəsilə cavabdeh tutmağa çağırır.”
Abramovitz İlham Əliyev hökumətini bütün siyasi məhbusları dərhal azad etməyə səsləyən qətnaməni alqışlayaraq əlavə edib. “Biz Konqresi ləngimədən bu ölçünü qəbul etməyə çağırırıq.”
İlham Əliyev hökuməti tərəfindən insan hüquqlarının pozulması hallarının davam etdiyini nəzərə alaraq konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovern (Demokrat, Massaçusets ştatı) Azərbaycanda insan hüquqlarına hörmət edilməsi və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər.
Konqresin Nümayəndələr Palatasının Beynəlxalq İnsan Hüquqları heyətinə sədrlik edən Smit bildirib: “Azərbaycan rejimi işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edirlər.” Konqresmen əlavə edib ki, “bizim ölkələr arasında əhəmiyyətli təhlükəsizlik və iqtisadi əlaqələrin mövcudluğu aydın olsa da, bu cür pozuntulara göz yumulmamalıdır”.
Azərbaycan “Dünyada Azadlıq 2017” və “Mətbuat Azadlığı 2017” indekslərində “azad olmayan ölkə” kateqoriyasına daxil edilib. Ölkənin demokratiya balı 1-7 şkalasında 7 ən pis olmaqla 6.93 olaraq müəyyən edilib.
Vaşinqtonda qərargahlanan Freedom House demokratik dəyişiklıyi və dünya boyu azadlıqların durumunu izləyən təşkilatdır.
Oxunub: 1082