Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (EAP CSF) Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlını EAP CSF-nin “Pavel Sheremet Jurnalistika Mükafatı – 2017”-nin qalibi elan edib.
Bu haqda forumun məlumatında bildirilir.
Forum İcra Komitəsi qeyd edir ki, Ə.Muxtarlı 2017-ci ildə bölgədə ifadə azadlığı sahəsində cəsarətli fəaliyyət göstərib.
Məlumatda həmçinin vurğulanır ki, Ə.Muxtarlı ifadə azadlığı sahəsində, fəal insanların məruz qaldığı basqıların ictimailəşdirilməsində cəsarətli fəaliyyət göstərib və hazırda həbsdədir.
“Pavel Sheremet Jurnalistika Mükafatı – 2017”-nin təqdimat mərasimi oktyabrın 26-da Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək. Həmin tarixdə Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu İllik Assambleyası keçiriləcək (azadliq.org).
Oxunub: 516