İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu üzrə səsvermə prosesi polisin müdaxiləsilə müşayiət olunur.
Kataloniya rəsmilərinə əsasən müstəqillik referendumunun keçirilməsinin qarşısını almağa çalışan polislə toqquşmalarda ən azı 337 nəfər xəsarət alıb.
İspaniya hökuməti vəd edib ki, Konstitusiya məhkəməsi tərəfindən qeyri-qanuni tanınan referenduma yol verməyəcək.
Polis seçiciləri səsvermə məntəqələrinə buraxmır, bülleten və səsvermə qutularını müsadirə edir.
Barselonada polis müstəqillik tərəfdarlarının keçirdiyi mitinq iştirakçılarına qarşı rezin güllə və dəyənəklərdən istifadə edib.
Xəsarət alanların sayı barədə rəqəmlər Kataloniyanın regional hökuməti və səhiyyə rəsmiləri tərəfindən təsdiq olunur.
İspaniyanın Daxili İşlər Nazirliyi 11 polis əməkdaşının yaralandığını xəbər verir.
Kataloniya hökuməti buna rəğmən davamiyyətin yüksək olduğunu proqnoz edib.
Referendumun təşkilatçılarına əsasən məntəqənin bağlı olduğu təqdirdə seçici başqa məntəqədə səs verə bilər.
Seçicilərə həmçinin öz bülletenlərini çap etmək tövsiyyə olunur.
En Catalogne, la police expulse violemment les manifestants
Quelques heures après la fin de l'ultimatum lancé par les force de l'ordre aux indépendantistes refusant de quitter les bureaux de vote pour le référendum d'autodétermination de la Catalogne, la police expulse avec violence les manifestants.
Publicerat av Le Figaro den 1 oktober 2017
Oxunub: 390