Həbs edilənlər içərisində dünyanın ən varlı adamlarından biri olan şahzadə ibn Vəlid bin Talal da var
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Abdül Əziz Əl Səudun rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulmasına sanksiya verib. Bəzi mətbuat orqanlarının məlumatında kral ailəsindən olan və şübhəli qismində saxlanılan şahazadələrin sayının 11 nəfər olduğu bildirilir. Bildirilir ki, saxlanılanlar arasında bir qadın da var.
Yayılan xəbərlərin birində bildirilir ki, hakim ailənin üzvlərindən biri qeyri-qanuni silah satışı sazişində, digəri isə saxta müqavilə imzalamaqda, daha bir şahzadə isə pulların “yuyulması” ittihamları üzrə həbs ediliblər.
Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə şənbə günü kral Salman bin Əbdül Əziz Əl Səudun fərmanı ilə yaradılıb.
Oxunub: 650