Venesuela xəzinəsi və dövlətə məxsus neft şirkəti PDVSA, milyardlarla dollarlıq borc öhdəliyini yerinə yetirməyərək defolta düşüb.
Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Beynəlxalq Qiymətli Kağız Dilerləri Assosiasiyası, Venesuelanın borclarını vaxtında ödəmədiynə dair səsvermə keçirib. Birlik, iqtisadi böhranda olan ölkənin milyardlarla dollarlıq borc öhdəliyini yerinə yetirmədiyinə qərar verib.
Qərarın ölkənin kredit reytinqini daha da salacağı gözlənilir.
Venesuelanın borcu, neft qiymətləri yüksək ikən sosial proqramlara çox xərclədiyi Uqo Çaves dövründə 120 milyard dolları keçmişdi.
Cənubi Amerika ölkəsinin borcunun yarısı, dollarda buraxılmış istiqrazlar şəklindədir.
(marja)
Oxunub: 722