İqtisadçı-ekspert Vahid Məhərrəmov
Bu ilin 10 ayı ərzində ölkəyə 1 milyard 121 milyon 298 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.
Bu o deməkdir ki, 1 milyard 906 milyon 206 min manat vəsait bizim imkansız sahibkarların, kəndlilərin deyil, əcnəbi fermerlərin biznesini stimullaşdırıb.
Bu qədər vəsaitlə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalını 2 dəfə artırmaq olardı. Onu da qeyd etməliyəm ki, keçən ilin 10 ayı ərzində indikindən 28 faiz az, yəni 806 milyon dollar dəyərində xaricdən yeyinti məhsulları gətirilmişdi.
Beş il bundan əvvəl isə ölkəyə eyni müddət ərzində manatla ifadədə indikindən 3 dəfə az, yəni 630 milyon manatlıq yeyinti məhsulları idxal olunmuşdu.
Oxunub: 290