Jurnalist noybrın 20-də Şəki təcridxanasına köçürüləcək
Həbsdəki jurnalist Əfqan Muxtarlının Şəkidəki İstintaq Təcridxanasına köçürüləcəyi (etap olunacağı) bildirilir.
Bu haqda siyasi fəal Samir Əsədli məlumat verib. O, bir qrup gənclə birgə noyabrın 18-i jurnalistlə görüşməkdən ötrü Bakı İstintaq Təcridxanasında olub.
S.Əsədlinin bildirdiyinə görə, Əfqan Muxtarlının dostlarını onunla görüşə buraxmayıblar.
“Həmişəki kimi təcridxanada ənənəyə sadiq qaldılar, bizə görüş vermədilər. İndiyədək yalnız bir dəfə, ötən həftə Əfqanla görüşə bilmişik. Bizə bildirdilər ki, Əfqan Muxtarlı gələn həftənin ilk günü Şəkidəki təcridxanaya etap ediləcək. Gələn ay isə Balakən Rayon Məhkəməsində ona açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayacaq”.
S.Əsədli Ə. Muxtarlının əhvalının yüksək olduğunu bildirib.
Muxtarlının vəkili Nemət Kərimli də “Amerikanın səsi”nə deyib ki, cinayət işinə Balakən Rayon Məhkəməsində baxılacaq. Ə.Muxtarlı Şəki İstintaq Təcridxanasına noyabrın 20-də köçürüləcək.
Oxunub: 514