Rusiya Federasiyasının Federasiya Şurasının üzvü, dağıstanlı Süleyman Kərimov Fransanın Nitsa şəhərində saxlanılıb. Fransa səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, deputatın həbsi noyabrın 20-də baş verib. Daha sonra Kәrimov polis bölməsinə aparılıb.
Rusiya diplomatları dərhal Kәrimova konsulluq dəstəyi vermәyә başlayıb.
Hazırda Rusiya senatoru Nitsanın polis mərkəzlərindən birində saxlanılır.
Reyters agentliyi Fransız prokurorluğunun ofisinə istinadən, Kәrimovun vergidәn yayındığı üçün hәbs olunduğunu bildirib.
Martda mətbuatda bildirilirdi ki, Fransa polisi Antibdə dörd villanın alınması şərtlərini araşdırıb. Tədqiqatçılar Cote d’Azurdakı lüks obyektlərin real sahibinin Rusiyalı parlamentar olduğunu düşünürlәr.
Fransa mətbuatının verdiyi məlumata görə, fevralın 15-də polis “Villa Hier”da axtarış aparıb. Bu villa sahəsinin 12 min kvadrat metr olduğu təxmin edilir. Habelə üç villa – Medy Roc, məhəllədə yerləşən Lexa və Fiorella da Kərimova məxsusdur. Lacivərd sahillərindəki bu məskənlərin ümumi sahəsi 90 min kvadratmetrdir.
Formal olaraq, sənədlərə görə, bu obyektlərin hamısı İsveçrəli maliyyəçi Aleksandr Studhalterə məxsusdur. Lakin hüquq-mühafizə orqanları әsas mülkiyyәtçinin Kәrimov olduğu qәnaәtindәdir.
Kәrimov 2008-ci ildən Dağıstan Federasiya Şurasının üzvüdür. Nafta Moskva və Polyus Gold ona mәxsusdur. Əvvəllər “Uralkalı”, VTB və PIK qrupunun payına sahib idi. 2013-cü ildə Kərimovun bütün sərvətini İsveçrə xeyriyyə fondu Süleyman Kərimov Fonduna köçürüb. Forbes-in məlumatına görə, 2016-cı ildə Kərimov Rusiyadakı ən zəngin iş adamları arasında 1,6 milyard dollar sərvətlə 45-ci yeri tuturdu.
azadliq.info
Oxunub: 332