“Bu gün Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı və AXCP-nin sədr müavini Gözəl Bayramlı ilə görüşdüm. Ə.Muxtarlı və Gözəl Bayramlı 23 noyabr 2017-ci il tarixdə Şəki (Ə.Muxtarlı) və Gəncə (Gözəl Bayramlı) şəhərində yerləşən istintaq təcridxanalarına etap olunacaqlar”. Bunu Facebook statusunda vəkil Elçin Sadıqov yazıb.
Əfqan Muxtarlının işi üzrə proses noyabrın 30-da saat 10:30-da Balakən Rayon Məhkəməsində keçiriləcək.
Elə həmin gün saat 15:00-da Qazax Rayon Məhkəməsində Gözəl Bayramlının işi üzrə hazırlıq iclası olacaq.
azadliq.info
Oxunub: 104