Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 889,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 32,5 mln. manat və yaxud 1,75% çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 417 milyon manat və yaxud 28,3%, son 1 ildə isə 514 mln. manat və yaxud 37,4% artıb.
Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 15,55% təşkil edib. Bu nisbət sentyabrın sonuna 14,9%, ötən ilin sonuna 8,95%, ötən il oktyabrın sonuna isə 8,7% olub.
Oxunub: 82