Jurnalist, “Exo” qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.
Samir Əliyev uzun sürən xəstəlikdən sonra dekabrın 8-də dünyasını dəyişib.
Samir Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən “Exo” qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib.
Bir neçə il əvvəl həkimlər Samir Əliyevə qanın mieloleykozu diaqnozunu qoymuşdular.
Oxunub: 674