Yaxud, hökumət uğursuzluqla necə öyünür?
Azərbaycan hakimiyyəti bütün sahələr üzrə “2” qiyməti aldıqdan sonra, öyünmək üçün saxta uğur axtarmağa başladı. Çıxış yolu kimi sahibsiz yarışlara ev sahibliyi etmək varinatını seçdilər. Müxtəlif tədbirlərə milyardlar xərclədilər, ölkəyə dünyanın müxtəlif yerlərindən idmançılar yığdılar, bahalı açılış-bağlanış mərasimləri düzənlədilər, hətta yarışa gəlməkdən imtina edən komandaların bütün xərclərini də öz üzərlərinə götürdülər. Bütün bunlarda məqsəd nə büdcəni doldurmaq, nə də idmanı inkişaf etdirmək deyildi. Yegan əməqsəd büdcədən pul silmək və saxta uğur bolluğu yaratmaq idi.
Hökumətin mötəbər yarışlarında Azərbaycanı təmsil edən idmançıların siyahısına nəzər salanda təəssüflənməmək mümkün deyil. Çünki, Azərbyacanı təmsil edən idmançıların əksəriyəti legionerlərdən ibarət olur. Məsələn, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları keçirilən zaman Azərbaycan idmanının legionerlərdən asılı olduğu aydın görünürdü
Marşall Obrain Mozes, Tatyana Deniskina, Renara Tiffani Hayes, Aneyka Anna-Kay Henri, Dina Ulyanova. Leonid Qritsay, Yaroslav Rudıx, Neylton Moyzes Santos Merses, Bernardo Vermelinger Romano, Vivian Daniel da Konseysao Kunya, Rakel Qonsalveş Ferreyra, Diana Doman, Marina Durunda, natoli Leonov, Ulyana Dyakova, Aleksandra Platonova, Siyana Vasileva, Anna Mançenkova, Yuliya Stisyuk, Alyona Kolesnik, Nadya Muşka, Yuliya Ratkeviç, Natalya Sinişin, Mariya Stadnik, Yu Xinhang, Ning Zhing, Yang Xinyu, Chen Xingtai,
Wang Chenxi, Wang Miao, Milad Beigi Hərçəqani və onlarla digər əcnəbi idmançılar Azərbaycanı təmsil etdilər. Hökumət isə bu mənzərəni “idmana qayğı” kimi təqdim etməkdən çəkinmədi. Məlum oldu ki, idman sahələri iri məmurlar arasında bölünsə də, məmurlar bu sahənin inkişafını da “idxal” hesabına təşkil etdi. Yəni, kortofa, ətə, yağa olan ehtiyacımız kimi, idmançıya olan ehtiyacımızı da xaricdən sıortalamağa çalışdılar. O da məlum oldu ki, bu illər ərzində yeril idmançı yetişdirmək prioritet olmayıb. Sadəcə olaraq ənənəvi növlərdə üzümüzü ağardan müəyyən qədər idmançılarımız var və belə idmançılar da qısa müddətdən sonra uğursuzluq zolağına düşür.
Əgər idmanı inkişaf etdirmək xaricdən idmançı daşımaqdırsa, o zaman başqa ölkələr bunu daha effektli etmək iqtidarındadı. Yəni, büdcəsi Azərbyacanın büdcəsindən 100 dəfə böyük olan ölkələr, pul qarşılığında ölkəni “çempionlar vadisi”nə çevirə bilərlər.
Göründüyü kimi, Azərbaycan hakimiyyətinin idman təbliğatı da saxtakarlıq üzərində qurulub. İdman kompleksləri tikməklə, çempionlara külli miqdarda pul verməklə “idmanın inkişafı” görüntüsünü yaratmaq istədilər. Eynizamanda məlum oldu ki, Azərbyacanın perspektivli idmançıları da ölkədən didərgin düşüb, ögey münasibətlə üz-üzə qalıb və başqa ölkələrin bayrağı altında savaşırlar.
İndi məlum olur ki, Azərbaycanı 2018-ci ildə Pxençxan Qış Olimpiya Oyunlarında Avstriyalı Patrik Braxner təmsil edəcək. Onu da qeyd edək ki, əvvəlcə Azərbaycanı Andorralı Robert Solsonanın təmsil edəcəyi gözlənilirdi. Yəni, ehtiyat skamyada oturan da, üzərində plan qurulan da əcnəbi idmançılardı. 24 il ərzində milyardlar xərclənsə də, bu milyardlar yerli idmançıların yetişdirilməsinə xidmət etmədi.
Xülasə, Hökumətin gecə-gündüz öyündüyü idman siyasəti də legionerlərdən, dolayısıyla puldan asılıdır. Sabah xaricdən legioner gətirməyə külli miqdarda pul xərclənməsə, Azərbaycan əksər növlərdə çıxış edə bilməyəcək.
Akif
Oxunub: 336