İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir.
Sammitdə 48 ölkə iştirak edir. Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunur.
Təşkilatın müşahidəçi statusundakı üzvləri Rusiya və Çin də İstanbulda sammitinə diplomatik səviyyədə nümayəndələrini göndərib.
Oxunub: 170