Penitensiar xidmət onun ürək çatışmazlığından öldüyünü bildirir
13 saylı cəzaçəkmə müəsdisəsində qətl hadisəsi baş verib. Bu barədə məlumatı fb səhifəsində Xədicə İsmayıl paylaşıb. Məlumatda deyilir ki, “Sabirabaddan olan Fərhad adlı dustağı dəstə rəisi Elman döyərək öldürüb. Ölüm hadisəsi bu gün günortadan sonra olub. “Heykəl məhbusu” Bayram Məmmədov bu hadisəyə etiraz etdiyindən döyülüb və karserə salınıb”.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib. Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb.
Oxunub: 1224